Ermənistanın baş naziri Nikol Paşinyan dəvət olunacağı təqdirdə Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Bakıya gedəcəyini açıqlayıb.
Tribuna.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumətlə sual-cavab sessiyası zamanı bildirib.
“Mən demişəm ki, 2029-cu ildə dəvət olarsa, əlbəttə ki, Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə gedəcəyəm”, – deyə Paşinyan qeyd edib./Unikal









