DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın Heydər Əliyev prospektində baş vermiş ağır qəzanın görüntülərini yayıb.
Tribuna.az xəbər verir ki, görüntülərdən yük avtomobilinin qaydaları pozmasının ağır nəticələrə səbəb olduğu məlum olur.
“Sürət, hərəkətə başlama və manevretmə qaydalarının pozulmasının nəticəsi qəzadır. Son anda qəzadan yayınmaq isə ya olmur, ya da faydasız olur. Sürücülər bilməlidir ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsi sürücüdən hərəkətə başlamazdan əvvəl edilən manevrin təhlükəsiz olmasını və hərəkətin digər iştirakçıları üçün maneə yaradılmamasını tələb edir.
Sürücülər də yaxşı bilirlər ki, sürətlə nəqliyyat vasitəsini idarə etmək ölüm və xəsarətlə nəticələnə bilər.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə bu halları nəzərə almalarını tövsiyə edir. Əks halda nəticələr ağır və qaçılmaz olacaq”, – deyə NİİM-in müraciətində vurğulanıb.
Həmin qəzanın görüntülərini təqdim edirik:









