Bakıda saxlanılan özbək həkim  xəstələri belə müalicə edirmiş – Video

Bakıda saxlanılan özbək həkim xəstələri belə müalicə edirmiş – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “Bİ ES VİP” estetik klinikasında izdihama səbəb olan özbək “həkim” İqbol Soliyev dünən polis əməkdaşları tərəfindən saxlanılıb. Bakıda saxlanılan həkim müalicə metodu ilə uzun illərdir ki, sosial şəbəkələrdə məşhurdur.

Tribuna.az xəbər verir ki, bir müddətdir Bakıda olan “həkim”in qəbulunda hər gün izdiham yaşanıb. Qəbula gələnlərin əksəriyyəti də yaşlılar və sözügedən onu sosial şəbəkələrdən izləyənlər olub. Klinikada özbək həkim pasiyentləri 60 manata müalicə edirmiş . “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev bioenerji və ya enerji terapiyası ilə məşğul olub.

Onun sosial şəbəkə hesabında paylaşdığı videolardan da aydın olur ki, o müalicəsini əl ilə edib. Bakıda “Bİ ES VİP” mərkəzdə qəbul keçirən “həkimin” sosial şəbəkə paylaşımlarından da aydın olur ki, İ.Soliyev Özbəkistanda heç bir klinikada fəaliyyət göstərməyib. O müalicələrini elə ayaqüstü, getdiyi yerlərdə edirmiş.

O, əlini xəstənin ağrıyan nahiyyəsinə qoyur, həmin nahiyyəyə bir neçə dəfə sürtüb şəfa verirmir.

“Həkim”in müalicə videolarını təqdim edirik:

Gülşən Rəsul