Məlum olduğu kimi, ötən günlərdə Bakıda “Vistar” adlı Azərbaycan-İsrail İnnovasiya Mərkəzi açılıb.
Tribuna.az xəbər verir ki, bu hadisə İranda “hay küyə” səbəb olub.
Tehranda anti-Azərbaycan qruplaşmasının üzvü, siyasi şərhçi Ehsan Movəhhediyan bunu “təhlükə” adlandırıb. “Bu gün Bakıda “Vistar” adlı Azərbaycan-İsrail İnnovasiya Mərkəzi açılıb. Məqsəd insan kapitalını inkişaf etdirmək, startapları dəstəkləmək, habelə, kosmik texnologiyalar və süni intellekt kimi strateji sahələrdə beynəlxalq texnoloji əməkdaşlığı təşviq etməkdir. İsrail bu investisiyaları vaxtında İrana qarşı istifadə edəcək”.
Fərda Uğur









