“Bakıda keçirilən məhkəmə İrəvanın əleyhinə işləyəcək”

“Bakıda keçirilən məhkəmə İrəvanın əleyhinə işləyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bir qrup hərbi cinayətkar və separatçıların keçirilən məhkəməsi mütəmadi olaraq Ermənistanda müzakirə mövzusu olmaqdadır.

Tribuna.az xəbər verir ki, xüsusən müxalifət mövzunu gündəmdə saxlamağa çalışır.

Son günlər Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış Tərəfdaşlıq Sazişində məsələnin yer alması müzakirələri bir qədər də qızışdırıb. Belə ki, revanşistlər bu “müddəadan” istifadə edərək, Bakıya təzyiq göstərilməsini təklif edirlər. Onlar iddia edirlər ki, Azərbaycanı bu məsələ ilə sıxmaq mümkündür.

Lakin politoloq Armen Baqdasaryan fərqli fikirdədir. O hesab edir ki, Bakıda keçirilən ermənilərin məhkəməsi Ermənistanın əleyhinə işləyəcək. Onun sözlərinə görə, məhkəmə prosesində bir çox məsələlərin üstü açılıb. “Çoxlu məlumatlar Azərbaycanın əlinə keçib. Bu zaman təsdiqlənib ki, Qarabağ işğal altında olub və bunu Ermənistan dəstəkləyib”.

Baqdasaryan hesab edir ki, Azərbaycan bu faktlardan Ermənistan əleyhinə geniş istifadə edəcək.

Fərda Uğur