Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? (VİDEO)

Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binə qəsəbəsində yerləşən 346 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə hazıdır, hətta 4 il öncə açılışı da olub, amma hələ də fəaliyyət göstərmir.

Tribuna.az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər bağçanın işləməsini uzun müddətdir gözləyirlər.
Onların sözlərinə görə, bağça ilə eyni vaxtda inşa edilən 292 nömrəli tam orta məktəb artıq 4 ildir fəaliyyət göstərir. Lakin bağçanın hansı səbəbdən istifadəyə verilmədiyi barədə onlara hər hansı məlumat təqdim olunmayıb. Azyaşlı uşaqları olan valideynlər ərazidə dövlət bağçası olmadığı üçün övladlarını ya uzaq məsafədə yerləşən bağçalara aparmalı, ya da özəl məktəbəqədər təhsil müəssisələrinə müraciət etməli olurlar.
Valideynlər hesab edirlər ki, yeni tikilən dövlət bağçasının istifadəyə verilməsi həm ailələrin maddi yükünü azaldacaq, həm də məktəbəqədər təhsilə çıxışı asanlaşdıracaq.
Məsələni araşdıranda məlum olub ki, sözügedən bağça hazırda heç bir qurumun balansında deyil. 346 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyətə başlaması ilə bağlı zəruri prosedurlar yekunlaşdıqdan sonra müəssisə istifadəyə veriləcək.