Bakı-Xırdalan yolu ilə bağlı TƏKLİF

Bakı-Xırdalan yolu ilə bağlı TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalanın nəqliyyat əlaqələri yenilənməlidir, amma mövcud hərəkət minimum təsirlə qorunmalıdır.

Tribuna.az xəbər verir ki, bu sözləri yol-nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib. O qeyd edib ki, yeni infrastrukturun yaradılması bacibdir:

“Xırdalanı M4 magistralından dəmir yolu xətti ayırır. Bu maneənin aradan qaldırılması üçün dəmir yolunun altından üç tunelin tikintisi nəzərdə tutulur.

Tunellərdən biri ilə bağlı işlər 15.09.2026 tarixindən Xırdalan–Sumqayıt dəmir yolu əlaqəsinin dayanmasına səbəb olub və hərəkət bu günədək bərpa edilməyib.

Ümid edirəm ki, digər iki tunelin tikintisində boru ekran (pipe roofing) texnologiyasından istifadə edilərək dəmir yolu hərəkətinin dayandırılmasına yol verilməyəcək.

Yeni infrastrukturun yaradılması vacibdir. Lakin layihələndirmə və tikinti zamanı mövcud nəqliyyat əlaqələrinin qorunması, alternativlərin əvvəlcədən hazırlanması və sərnişinlərə təsirin minimuma endirilməsi əsas prinsip olmalıdır”.

Gülşən Rəsul