Bakı-Tbilisi qatar bilet qiymətləri belə olacaq – Ekspert AÇIQLADI

Bakı-Tbilisi qatar bilet qiymətləri belə olacaq – Ekspert AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı–Tbilisi-Bakı marşrutu üzrə tariflərin müəyyənləşdirilməsi yalnız bir tərəfin qərarı ilə formalaşmır. Burada həm Azərbaycan, həm də Gürcüstan ərazisində tətbiq olunan dəmir yolu infrastrukturu, lokomotiv və xidmət xərcləri, sərhəd-keçid prosedurları, texniki xidmət tələbləri və tranzit hesablamaları birlikdə nəzərə alınır.

Tribuna.az yazır ki, bu barəfə yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib. O qeyd edib ki, Bakı-Tbilisi qatarının yenidən fəaliyyətə başlamasını hamımız arzu edirik, amma bəzi məqamlara diqqət etməli və tələsməməliyik:

“Xüsusilə Gürcüstan tərəfi üzrə tranzit şərtlərinin və qarşılıqlı hesablaşmaların yekunlaşdırılması tariflərin dəqiq müəyyən edilməsini vaxt baxımından daha mürəkkəb edir.

Bu səbəbdən qiymətlərin açıqlanması prosesi bəzən kənardan göründüyündən daha uzun çəkə bilir.

Bakı–Tbilisi reysi üzrə bilet qiymətləri, bütün beynəlxalq istiqamətlərdə olduğu kimi, hesablaşmaların İsveçrə frankı əsasında aparılması səbəbindən məzənnə dəyişikliklərindən də asılı olur.

Təxmini hesablamalara görə, biletin qiyməti 80-100 manat aralığında olacaq.

Çünki gürcülərdə infrastruktur bahadır”.

Nigar İxtiyarqızı