Bakı separatçıları necə “ovlayıb”? –DETALLAR

Bakı separatçıları necə “ovlayıb”? –DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Separatçıları müdafiə edən vəkil Roman Yeritsyan terrorçuların hansı şəraitdə həbs edildiyi barədə detalları açıqlayıb.

Tribuna.az xəbər verir ki, o, meddiada gedən xəbərlərin doğur olmadığını vurğulayıb.
Yeritsiyan bildirib ki, Azərbaycan tərəfi ilk olaraq 5 nəfərin təhvil verilməsi ilə bağlı Samvel Şahramanyana siyahı göndərib. “Orada Arkadi Qukasyanın, Bako Saakyanın, İşxanyanın, David Babayanın və Arayik Harutyunyanın adları olub”.
Vəkil bildirib ki, Ruben Vardanyan Həkəri körpüsünü keçərkən saxlanılıb. “O bilirdi ki, həbs ediləcək. Bu barədə məlumatı var idi. Həkəri sərhəddini keçməyə cəhd etsə də, alınmadı”.
Yeritsiyan daha sonra bildirib ki, Azərbaycan tərəfi bu gün Bakıda mühakimə olunan separatçıların hamısını evlərindən götürüb. “Onların heç biri qaçmağa cəhd etməyiblər”.

Fərda Uğur