“Bakı seçkiləri gözləmək fikrində deyil”

“Bakı seçkiləri gözləmək fikrində deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kilsə ətrafında baş verənlər Əliyevin ritorikasının kəskin şəkildə sərtləşməsinə gətirib çıxardı. Seçkilərdən əvvəl tonunu yumşaldacağına “səxavətlə” söz verən Azərbaycan Prezidenti birdən Paşinyanı Ermənistan cəmiyyəti tərəfindən qəbul edilə bilməyən razılaşmaları yerinə yetirməyə məcbur etməyə başlayır”.

Tribuna.az bildirir ki, bu iddia ilə Ermənistanda nəşr olunan “Past” qəzeti çıxış edib.

Nəşr yazıb ki, bu razılaşmaların ictimailəşdirilməsi Paşinyanın seçicilərin səslərinə güvənməsini son dərəcə çətinləşdirəcək.

“Past” qeyd edib ki, Azərbaycan Paşinyan məsələsində tərəddüdflərə malikdir. “Əliyev getdikcə daha çox əmin olur ki, Paşinyanın reputasiyasını xilas etmək mümkün deyil və itaətkar Nikol baş nazir postunu saxlaya bilməyəcək. Ona görə də o, strategiyasını dəyişib: tələblərini seçkiyə qədər təxirə salmamaq və hər şeyi mümkün qədər tez həll etmək”.

Fərda Uğur