Rusiya, “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə Azərbaycanla razılığa gəlib.
Rusiya, nəhayət ki, məntiqsiz inkardan, haqsız mövqeyindən əl çəkdi, əlaqələrin normallaşması üçün üzr istədi və kompensasiya məsələsi həll olundu.
Tribuna.az xəbər verir ki, bu barədə danışan Real Partiyasının Natiq Cəfərli bildirib ki, belə olması daha yaxşıdır, çünki:
“”Coğrafiyamız taleyimizdir” – bunu daim ağlımızda tutub yaşamalıyıq. Münasibətlər normallaşmalıdır, qarşılıqlı maraqlar nəzərə alınmalı, Kreml də artıq böyük qardaş, ümümiyyətlə, qardaş olmadığını dərk və həzm edib, hörmət edəndə hörmət görəcəyini qavramalıdır.
Azərbaycan bütün təhlükələrə rəğmən “pro-rusiya” olmadı, bu çox yaxşıdır və bizim siyasət elə qurulmalıdır ki, dövlətimiz kənar təsirlərlə uyub heç vaxt “anti-rusiya” da olmasın”.
Gülşən Rəsul









