“Azərbaycanlılar Ararat Mirzoyandan narazılıqlarını bildirirlər. Buna səbəb isə Ermənistanın İtaliyadakı fəxri konsulu Pietro Kuçikyanın “Gariwo” jurnalında dərc olunmuş məqaləsi olub”.
Tribuna.az xəbər verir ki, bunu erməni ekspert Artak Hakobyan deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq Nikol Paşinyanın xarici siyasət gündəliyini müəyyən edir. “Lakin az adam bilirdi ki, 7 iyundan sonra Əliyev Ermənistan dövlət sistemində kadr təyinatları məsələsinə müdaxilə edəcək və beləliklə, Ermənistan xaricindəki bütün oyunçular üçün Ermənistan dövlətinin artıq faktiki olaraq mövcud olmadığı və de-yure müstəqillik sənədinin dəyişdirilməsinin sadəcə zaman məsələsi olduğu aydın olacaq”.
Hakobyan sonda iddia edib ki, rəsmi Bakı Ararat Mirzoyanın işdən çıxarılmasını da əsas tələb kimi qoyacaq.
Fərda Uğur









