“Bakı Metropoliteni”ndən rusdilli yanğın balonları ilə bağlı AÇIQLAMA

“Bakı Metropoliteni”ndən rusdilli yanğın balonları ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC metro vaqonlarında yerləşdirilən yanğın söndürən balonların üzərində məlumatların rus dilində olmasına münasibət bildirib.

Tribuna.az-ın sorğusuna cavab olaraq QSC-dən bildirilib ki, balonların üzərində müvafiq məlumatların Azərbaycan dilində də göstərilməsi istiqamətində tədbirlər görülür:

“Sorğunuza cavab olaraq bildiririk ki, vaqonlarda quraşdırılmış yanğınsöndürən balonlar adi yanğınsöndürən balonlardan fərqli olaraq yüksək söndürmə xüsusiyyətlərinə və xüsusilə çətin şəraitdə istifadəyə yararlı korpus dizaynına malikdir.

Bundan əlavə, həmin balonlar yanğının aşkarlanması, avtomatik qarşısının alınması və söndürülməsi sisteminin tərkib hissəsidir, həmin sistemə qoşuludur və daim maşinist tərəfindən nəzarət olunur.

Sistem qatarda istehsalçı tərəfindən quraşdırılır və təkrar doluma qədər xidmət müddəti 10 ildir.

Hazırda avadanlığın üzərində istifadə qaydası sxematik olaraq göstərilib, həmçinin müvafiq məlumatların Azərbaycan dilində yerləşdirilməsi istiqamətində tədbirlər görülür”.

Qeyd edək ki, tanınmış memar Elçin Əliyev metro vaqonlarında olan yanğın söndürən balonların üzərində məlumatlarln rus dilindı olmasına diqqət çəkmişdi. Bildirmişdi ki, məlumatın rus dilində olması baş verəsək hadisə zamanı balonun istofadəsini mümkünsüz edəcək.

Nigar İxtiyarqızı