Bakı Konqres Mərkəzi 36 ədəd avtomobil alır: 2.6 milyon xərcləyəcək

Bakı Konqres Mərkəzi 36 ədəd avtomobil alır: 2.6 milyon xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maliyyə Nazirliyi yanında “Bakı Konqres Mərkəzi” MMC yeni tenderinə yekun vurub. Tribuna.az xəbər verir ki, sözügedən MMC xidməti minik avtomobilləri almaq üçün keçirdiyi tenderin nəticəsini açıqlayıb.

Məlum olub ki, Mərkəz “RAMMA” QSC ilə anlaşaraq, onlardan 36 ədəd xiodməti minik maşını alacaq. Həmin avtomobillərin 21 ədədi D-seqmentə aiddir. 15-i isə E-seqmenti əhatə edəcək.

36 ədəd avtomobilin alınması üçün isə tərəflər arasında 2 milyon 639 min 70 manat pul ödəniləcək.

Fərda Uğur