“Ya Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi Konstitusiya, ya da ermənilərin təklif etdiyi Konstitusiyanın bir bəndi, qoy xalqımız qərar versin”.
Tribuna.az xəbər verir ki, bu sözləri “Güclü Ermənistan” partiyasının idarə heyətinin üzvü Narek Karapetyan deyib.
O, Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh sazişinin icrası üçün qarant ölkələrin olmasını vacib sayıb. “Biz təklif edirik ki, sülh müqaviləsinin birdən çox qarantı olsun, bu halda sülh olacaq”.
Karapetyan ad çəkməsə zəmanət verəcək ölkə tapdıqlarını da deyib. “Zamin statusuna malik bir ölkəmiz var. Əgər birdən çox zaminimiz varsa, o zaman son Qarabağ müharibəsi zamanı üzləşdiyimiz problemlə üzləşməyəcəyik. Eyni çuxura ikinci dəfə düşmək istəmirik. Sülh kağız parçası deyil. Zaminlərimiz yoxdursa, uzunmüddətli sülhə nail ola bilmərik”.
Fərda Uğur









