Hər il olduğu kimi bir il də 15 noyabr tarixindən etibarən Bakı şəhəri və respublikanın regionlarında növbəti istilik mövsümünə başlanılmalı idi. Lakin 4 gün keçməsinə baxmayaraq istilik sistemindən xəbər yoxdur. Xüsusilə Yasamal, Sabunçu, Suraxanı və Nizami rayonlarında mərkəzləşdirilmiş istiliyin hələ də bərpa edilmədiyi deyilir.
Tribuna xəbər verir ki, istilik problemindən əziyyət çəkən Yasamal rayon sakini Fimar Asimqızı bildirib ki, “Azəristiliktəchizat” ASC-nin qaynar xəttinə düşmək də olmur:
“”Azəristiliktəchizat” Asc-ə şikayət yazmaq istəyirəm, səhifə ingilis dilindədir. Orda ingilisdillilər çalışır bəlkə mən bilmirəm, İlham Mirzəliyev?
İstilik təminatını bir dəfə olsun vaxtında yerinə yetirməyi bacaracaqsız, ya yox?
Üç gündür istilikdən xəbər yoxdur, haqq-hesabda xeyli irəlisiz. İlboyu yatıb hələ yuxudan ayılmamısız?
Prezidentinin Administrasiyası, Yasamal Rayon İcra Hakimiyyəti, 956 qaynar xətti daimi məşğuldur, belə xidmət olar?”.
“Azəristiliktəchizat”a məsələ ilə bağlı sorğu ünvanlamışıq. Sorğunun cavabı ilə sizi də tanışa edəcəyik.
Gülşən Rəsul










