“Azəriqaz” işçilərə noyabrın ezamiyyə pulunu hələ də verməyib

“Azəriqaz” işçilərə noyabrın ezamiyyə pulunu hələ də verməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İB Təmir Tikinti İdarəsinin işçilərinə noyabrın ezamiyyət pulun hələ də verilməyib.

Tribuna.az xəbər verir ki, bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı paylaşıb. O bildirib ki, işçilərə ezamiyyət pullarını verməyən müəssisə və rəhbərliyi əslində cərimələnməlidir. Həmçinin işəgötürən cinayət məsuliyyəti də daşıyır:

““Azəriqaz” İB Təmir Tikinti İdarəsindən (TTİ) yazdılar ki, bir qrup işçi TTİ rəisinin əmri ilə 2025-ci ilin noyabr ayında Ağdərə rayon Həsənriz kəndində ezamda olub. Briqada rəhbəri də daxil, heç bir işçi indiyə qədər ezamiyyə pulunu almayıb.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, işçinin ezamiyyə xərclərinin, məzuniyyət və əmək haqlarının-qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilməsində, tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə – vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən isə istər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlarıpozmağa, məhdudlaşdırmağa görə maddi, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar”.

Gülşən Rəsul