Fövqəladə Hallar Nazirlliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlıət Agentliyi Dövlət Baş Layihə İnstitutu “Azərdövlətlayihə”nin keçirdiyi tender ləğv edilib. Tribuna.az xəbər verir ki, bu barədə açıq qeyd edilməsə də, tenderlərə nəzarət edən qurumun mənfi rəy verdiyi vurğulanır.
Belə ki, “Azərdövlətlayihə” sedan tipli xidməti minik avtomobilinin satın almaq fikrində olub. Bir ədədə sedan maşının alınmasına isə 60 min 550 manat pul da ayırıb.
Qeyd edək ki, sözügedən qurum bir müddət əvvəl 1 ədəd xidməti minik avtomobili alıb. Açıq mənbələrdən görünür ki, “TOYOTA”-BAKI MƏRKƏZİ” MMC ilə bununla bağlı anlaşma olub. 12.06.25-ci ildə bağlanılmış müqaviləyə əsasən “Azərdövlətlayihə” şirkətə 185 min 300 manat ödənilib. Həmin avtomobilin isə “Toyita Lexus” markalı olduğu bildirilir.
Fərda Uğur









