Xəbər verdiyimiz kimi, bir neçə azərbaycanlının İrəvanın mərkəzindən canlı yayın açaraq, qohumlarını Ermənistana dəvət etməsi videosu gündəm olmuşdu.
Tribuna.az bildirir ki, həmin şəxsin əslən azərbaycanlı olduğu və Rusiya vətəndaşı kimi Ermənistana getdiyi dəqiqləşmişdi.
Ermənistanın Amasiya şəhərində öz qohumlarının evlərinə baş çəkən azərbaycanlılara ermənilərin də münasibəti pis olmayıb. “Ermənistan Xəbərləri” saytı bununla bağlı Amasiya əhalisi ilə söhbət edib. Şəhər sakinlərindən Ağasi Manukyan bildirib ki, azərbaycanlıların onların yaşadığı yerlərə gəlməsi qeyri-adi bir şey deyil. “Onlar bir neçə gün əvvəl gəliblər. Dəqiq günü xatırlamıram, amma Rusiya pasportları ilə idilər. İnsanlar qanuni yolla gəliblər”.
Minasyan deyib ki, əvvəllər o ərazilərdə yaşayanlar ancaq azərbaycanlılar olublar. “Amma Azərbaycan pasportları olsaydı, onları buraxıb-buraxmayacağını deyə bilmərəm”.
Başqa bir şəhər sakini isə deyib ki, bu səfərlər yeni deyil. “Əvvəllər də Gürcüstan pasportu ilə gəlirdilər. Burada qeyri-adi nəsə axtarmaq da lazım deyil”.
Fərda Uğur









