Məlum olduğu kimi, Naxçıvanda 3 günlük “Qərbi Azərbaycan” İcmasının geniş toplantısı keçirilir.
Tribuna.az xəbər verir ki, həmin toplantıda icmanın rəhbəri və deputat Əziz Ələkbərlinin açıqlaması Ermənistanı qarışdırıb.
Belə ki, deputat Ermənistana müraciət edərək, İrəvanın reallığı qəbul etməli olduğunu və “Qərbi Azərbaycanlıların təhlükəsiz, ləyaqətli və dinc şəkildə qayıtması üçün şərait yaratmalıdır” fikirlərini səsləndirib.
Ermənistan mediası bu açıqlamanı azərbaycanlıların geri, öz dədə-baba torpaqlarına qayıdışının başlanması kimi şərh ediblər. “Hraparak” qəzeti bunun bağlı yazıb ki, rəsmi Bakı qayıdış prosesi üçün düyməni basıb.
“Güclü Ermənistan” Partiyasının mətbuat katibi Mariyam Qəhrəmanyan isə deyib ki, guya, bu, Azərbaycanın Ermənistana ərazi iddiasıdır.
Bundan başqa, azərbaycanşünas Tatevik Hayrapetyan isə bildirib ki, proses azərbaycanlıların geri dönüşünün başlamasından xəbər verir.
Rəsmi İrəvan hələ ki, məsələyə reaksiya verməyib.
Fərda Uğur









