“Azərbaycan və İran arasında tarixi və mədəni əlaqələr dərindir. Siyasi çətinliklərə baxmayaraq, Azərbaycan cəmiyyətində İran mədəniyyəti ilə bağlı maraq və potensial hələ də mövcuddur”.
Tribuna.az xəbər verir ki, bunu iranlı siyasətçi Əli Əsğər Şeirdust Təbrizədə keçirilən Həmid Xosrovşahinin müəllifi olduğu “Qarabağ: Böyük Bağ” adlı səyahətnamə kitabının təqdimat mərasimində deyib.
O bildirib ki, mədəni dialoq və qarşılıqlı bilik bu boşluqların aradan qaldırılmasında mühüm rol oynaya bilər.
Fərda Uğur









