Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyi təsis edilib.
Tribuna.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.









