Azərbaycanda yeni virusun yayılması xəbəri doğru deyil.
Tribuna.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin sosial media hesabındakı canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, son zamanlarda insanlar arasında bu barədə yayılan xəbərlər şayiədir:
“Dekabr- yanvar ayı mövsümi xəstəliklərin ən çox yayılan dövrüdür. Bu səbəbdən hazırda xəstələnmə hallarında artım var”.









