Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirilib.

Tribuna.az xəbər verir kii. bu barədə Ədliyyə Nazirliyindən APA-ya bildirilib.

Məlumata görə, 1955-ci il təvəllüdlü (70 yaşlı), hazırda məhkum olan Vaqif Xaçaturyanın səhhətində 22 dekabr 2025-ci il tarixində pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrıları yaranıb. Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tibb-sanitariya hissəsinin həkimi tərəfindən ilk həkim yardımı göstərilib və təcili olaraq ambulansla Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə təxliyə edilib. Orada intensiv müalicə və reanimasion tədbirlər görülüb, lakin vəziyyətində nəzərəçarpan müsbət dinamika müşahidə edilmədiyindən yüksək ixtisaslı tibbi yardım məqsədilə müvafiq dövlət tibb müəssisəsinə təxliyə edilib.

Hzırda vəziyyəti ağır qiymətləndirilir və intensiv müalicə tədbirləri davam etdirilir.