Azərbaycanda bu tarixdən PENSİYA YAŞI DƏYİŞƏCƏK

Azərbaycanda bu tarixdən PENSİYA YAŞI DƏYİŞƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub. Hazırda qadınların pensiya yaşı 64 il 6 ay, kişilərin isə 65 yaşdır.

Gələn ilin iyulun 1-dən isə Azərbaycanda qadınların pensiya yaşı 65 olacaq. Kişilərin pensiya yaşı dəyişməyəcək.

Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanununa görə, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Metbuat.az