Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin qurulması üçün bir sıra planllar mövcuddur.
Tribuna.az xəbər verir ki, İrəvanda bununla bağlı çeşidli fikirlər var.
Azərbaycan tərəfinin benzin satışından sonra Ermənistan da öz məhsullarından Azərbaycana satmağa çalışır. Bu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, Ermənistan Azərbaycana meyvə, tərəvəz və bəzi içki növləri ixrac edə bilər. “Malların siyahısı var: alüminium, heyvanlar, meyvə-tərəvəz, bəzi növ içkilər, müxtəlif növ tekstil məhsulları”.
Lakin Papoyandan fərqli olaraq, erməni iqtisadçı Hayk Farmanyan Azərbaycanın erməni mallarına ehtiyacı olmadığını bildirib. O deyib ki, Azərbaycanın Ermənistandan istənilən malın idxalına icazə verəcəyi istisnadır. “Ermənistanda Azərbaycanda tələbat ola biləcək bir dənə də olsun məhsulun olmadığını iddia edirəm. Başqa sözlə, nə əriklərimiz, nə də konservləşdirilmiş qidalarımız Azərbaycan üçün heç bir maraq kəsb etmir”.
Fərda Uğur









