Aparıcı media resurslarından olan “Front Page” nəşri İranla bağlı maraqlı məqalə dərc edib.
Tribuna.az xəbər verir ki, məqalədə ABŞ-ın İrana hücumu zamanı yaranacaq problemlərdən bəhs edilir.
Qeyd edilir ki, bu müharibənin ən riskli tərəfi qaçqın ordusunun yarana biləcəyidir. Nəşr həmçinin bunun baş verməsi fonunda Azərbaycan və Türkiyənin ciddi problemlərlə üzləşəcəyini də iddia edib. “İrandakı son vəziyyət region ölkələrinə, xüsusilə Azərbaycan və Türkiyəyə, böyük qaçqın axını riski yaradır”.
“Front Page” məqaləsində vurğulayıb ki, ABŞ və Qərb İran sərhədi boyunca humanitar bufer zona yaradaraq milyonlarla qaçqını təhlükəsiz şəkildə qəbul edə və idarə edə bilər. “Bu zonanın Azərbaycan sərhədindən Həmədana, Tehranın qərbindən Türkiyə sərhədinə qədər uzanması təklif edilir”.
Həmçinin o da vurğulanır ki, Azərbaycan və Türkiyə qaçqın ordusunu qarşılamalı, həmin bufer zonada saxlamalı və onların humanitar problemlərini həll etməlidir.
Fərda Uğur









