Azərbaycan TRİPP-dən 25 faiz pay alacaq?

Azərbaycan TRİPP-dən 25 faiz pay alacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Naxçıvanı, habelə Qərb ölkələrini birləşdirəcək Zəngəzur dəhlizi (TRİPP kimi təqdim edilir-red.) məsələsində artıq yekun addımlar atılmaqdadır. Tribuna.az bildirir ki, ABŞ tərəfi yolun çəkilməsi və digər işlərin görülməsi üçün Ermənistanla müqavilə imzalayıb.

Belə ki, ABŞ tərəfi müqaviləyə əsasən TRİPP yolunun çəkilməsi üçün yaradılmış konsersiumun 74 faiz payına sahibdir. Ermənistan isə 26 faiz payla kifayətlənib.

Lakin erməni ekspert Eduard Abrahamyan iddia edib ki, tezliklə Azərbaycan da bu layihədə pay sahibi olacaq. O deyib ki, TRIPP-ə mənsub olmaq hüququnun Ermənistan, Azərbaycan və ABŞ arasında bölüşdürülməsi istisna edilmir. “Məntiq göstərir ki, ən azı layihənin mülkiyyəti aşağıdakı şəkildə bölüşdürülə bilər: 24% (Ermənistan), 25% (Azərbaycan), 51% (ABŞ). Və ya, məsələn, 24:24:52”.

Fərda Uğur