Son günlər sosial şəbəkələrdə Azərbaycan Texniki Universiteti (AzTU) haqqında yazılan yazılar, səsləndirilən iddialar xeyli müzakirələrə səbəb olub.
Xüsusi ilə universitetin dünya reytinqində mövqeyi ilə bağlı fikirlər diqqət çəkir.
Tribuna.az olaraq, məsələni araşdırmaq üçün universitetin rəsmi informasiya resursları və digər açıq mənbələr üzərindən kiçik bir araşdırma apardıq.
Bildiyimiz kimi, dünya reytinqində universitetlər qiymətləndirilərkən idarəetmə, elmi-tədqiqat potensialı, tədrisin keyfiyyəti və beynəlxalq nüfuz nəzərə alınır.
Araşdırma nəticəsində məlum oldu ki, AzTU dünya reytinqində yer alan Azərbaycanın 4-5 universitetindən biridir. Bu da universitetin beynəlxalq akademik müstəvidə tanındığını və qlobal təhsil standartlarına uyğun fəaliyyət göstərdiyini sübut edir.
Araşdırmamızın nəticəsinə görə, AzTU “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələrinə əsasən, AzTU dünyanın ən yaxşı universitetləri siyahısında yer alıb.
“Times Higher Education” Interdisciplinary Science (Fənlərarası Elm) reytinqində AzTU TOP 500-də yer alıb.
2025-ci ildə AzTU dünyanın nüfuzlu reytinq sistemlərindən olan “QS Stars” qiymətləndirmə proqramı çərçivəsində 5 ulduza (“mükəmməl”) layiq görülüb.
AzTU “QS World University Rankings 2026” (QS 2026 Dünya Universitetlərinin Reytinqi) siyahısına daxil olaraq dünyanın ən yaxşı 1000 universiteti sırasında qərarlaşıb. AzTU reytinqdə 851–900 aralığında yer alıb.
“Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin 2026-ci il üzrə açıqladığı nəticələrə əsasən, AzTU dünyanın aparıcı ali təhsil müəssisələri arasında 1501+, ölkə üzrə isə 2-ci pillədə yer alıb.
AzTU “Times Higher Education” (THE) tərəfindən 2026-cı il üçün “Mühəndislik” və “Fizika elmləri” sahələri üzrə reytinqdə ilk dəfə iştirak edərək 1251+ pillədə yer alıb.
“QS World University Rankings by Subject 2026” nəticələrinə əsasən, universitet kompüter elmləri və informasiya sistemləri (Computer Science and Information Systems) ixtisası üzrə 701–750-ci yerlər aralığında qərarlaşıb.
Akademik heyətin məqalələrin xarici bazalarda nəşrinə görə də ən yaxşı nəticələr məhz AzTU-dadır.
AzTU-da tədris olunan bir sıra mühəndislik ixtisasları 2026-cı ilin aprelində nüfuzlu AQAS (Agentur für Qualitätssicherung durch Akkreditierung von Studiengängen) Akkreditasiya üzrə Daimi Komissiyası tərəfindən uğurla akkreditasiyadan keçdi. Bu isə o deməkdir ki, artıq AzTU-nun diplomu Avropada birmənalı olaraq tanınacaq.
Bakalavr və magistr səviyyələrində dünyanın nüfuzlu universitetləri ilə həyata keçirilən ikili diplom proqramları, universitet-sənaye əməkdaşlığının inkişafı baxımından da AzTU ölkə ali təhsil müəssisələri arasında ön sıralardadır.









