“Azərbaycan sona qədər Ermənistanı sıxışdıracaq”

“Azərbaycan sona qədər Ermənistanı sıxışdıracaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında münasibətlər müəyyən mərhələyə daxil olan kimi, erməni revanşistlər bundan ciddi şəkildə narahat olmağa başlayırlar.

Tribuna.az xəbər verir ki, onlar tərəflər arasında sülh sazişinin imzalanmasının əleyhinə olduqları kimi, həm də bu sənədin “heç nəyi dəyişməyəcəyi” fikrini yaratmağa çalışırlar.

Ötən gün erməni deputat Tiqran Abrahamyan bununla bağlı açıqlamasında eyni “məntiq”lə çıxış edib. O bildirib ki, Azərbaycan Paşinyan hökumətini bütün ilkin şərtlər və tələbləri yerinə yetirilənə qədər sıxışdıracaq.

Abramyan onu da iddia edib ki, rəsmi Bakı mövcud tələblərlə yanaşı, azərbaycanlıların Ermənistana geri qayıtması məsələsini də qaldıracaq.

Fərda Uğur