Məlum olduğu kimi, Misirdə Qəzza böhranı ilə əlaqədar olaraq, çoxtərəfli saziş imzalanıb.
Tribuna.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş həmin imza törəninə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət edilmişdi.
Qeyd edək ki, əldə olunmuş razılaşmalardan biri də Qəzza bölgəsində sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq missiya yaradılacaq. Həmin məsələdən sonra Azərbaycanın bölgəyə sülhməramlı missiya göndərəcəyinə dair xəbərlər də dolaşmağa başlamışdı.
Ötən gün İranın “Shafaqna” saytı bu mövzu ətrafında daha bir xəbər paylaşıb. Orada qeyd edilir ki, Azərbaycan dövləti Qəzzaya sülhməramlı qüvvələrini yalnız İsrail və HƏMAS arasında döyüşlər tamamilə dayandıqdan sonra göndərəcəyini açıqlayıb. “Azərbaycan əsgərlərini riskə atmaq istəmir və belə bir qərarın parlament tərəfindən təsdiqlənməsi tələb olunur”.
Qeyd edək ki, rəsmi Bakının bu barədə hər hansı açıqlaması mövcud deyil. İran saytının bu xəbəri haradan götürdüyü də məlum deyil.
Fərda Uğur









