Ermənistanda əsas müxalifət təşkilatı olan “Bizim Yol” Hərəkatının koordinatoru Narek Karapetyan iddia edib ki, Azərbaycan Ordusu Qafan-İrəvan yolu üzərində yerləşib.
Tribuna.az xəbər verir ki, o, bununla bağlı video da paylaşıb.
Karapetyan bildirib ki, Azərbaycan Bayrağı yeni qoyulub və yeni ərazidə ucaldılıb. “Azərbaycan Bayrağı artıq Qafan-İrəvan yolunun üzərində dalğalanır. Bu yeni peyda olub. Görünür, Paşinyan Azərbaycanla danışıq apararaq, bu məsələdə razılığa gəlib”.
Fərda Uğur









