“Azərbaycan bu gün Ermənistanın mədəni tarixini mühakimə edir. Bu gün Bakıda mühakimə olunanlar erməni tarixidir”.
Tribuna.az xəbər verir ki, bu iddianı Argentinadakı erməni diasporunun fəal üzvü Lusiana Minasyan irəli sürüb.
O qeyd edib ki, hal hazırda Bakıda mühakimə olunan separatçıların ekstradasiyası üçün tədbir görmək lazımdır. “Biz bunun üçün çalışırıq. Lakin hələlik durum o deyil ki, istədiyimizi rahatlıqla həyata keçirəcək”.
Minasyan həmçinin separatçılara qarşı hər hansı işgəncə hallarının baş vermə ehtimalını qəbul etməyib. “Vəziyyət hər nə qədər ağır olsa da, Azərbaycan Bakıdakı ermənilərə fiziki zərər vurmaq niyyətində deyil. Bunu edəcəklərinə də inanmıram”.
Fərda Uğur









