“Türkiyə və Azərbaycan Ermənistanın ərazisindən keçən bir dəhliz istəyirlər. Dəhliz, yəni Ermənistan hakimiyyətinin səlahiyyətlərinin məhdudlaşdırılacağı bir ərazi”.
Tribuna.az xəbər verir ki, bunu politoloq Benyamin Matevosyan bildirib.
Onun sözlərinə görə, Azərbaycanın tələb etdiyi dəhliz keçmiş Laçın Dəhlizi kimi olmalıdır. “Azərbaycan keçmiş Laçın dəhlizinə bənzər bir rejim yaratmağa çalışır. Çünki həmin dəhliz maneəsiz keçidi təşkil etməlidir. Yəni, yoxlanılmadan”.
Matevosyan sonda qeyd edib ki, yol məsələsi İranda baş verənlərlə əlaqəlidir. “Əslində, onlar İran ətrafında mümkün gərginlik və ya müharibə adı altında azərbaycanlıları dəhlizlə təmin etməyə çalışırlar”.
Fərda Uğur









