İrəvanda nəşr olunan “Hraparak” qəzeti iddia edir ki, demarkasiya nəticəsində Azərbaycana qaytarılmış torpaqlarımızda ucalan Bayrağımız ermənilərə psixoloji təsir edirmiş.
Tribuna.az xəbər verir ki, nəşr 2024-cü ildə Qazaxın 4 kəndinin geri qaytarılmasına əsasən bunu yazıb.
Qəzet yazıb: “Bağanis Ayrım və daha digər kəndlərinin demarkasiya yolu ilə Azərbaycana verilmiş keçmiş müdafiə mövqeyində hazırda Azərbaycan forpostu tikilib və bu yaxınlarda dövlətlərarası magistral yolun qarşısında böyük bir Azərbaycan Bayrağı quraşdırılıb. Bu, Ermənistan-Gürcüstan yolunun həmin hissəsində hərəkət edənlərə ağır psixoloji təsir göstərir”.
Fərda Uğur









