“Azərbaycan Avtomobil Evi” cərimələnə bilər

“Azərbaycan Avtomobil Evi” cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Changan” avtomobillərinin Azərbaycandakı rəsmi distributoru olan “Azərbaycan Avtomobil Evi” MMC ilə bağlı cərimə protokolu imzalanıb.

Tribuna.az xəbər verir ki, MMC-nin İnzibati Xətalat Məcəlləsinin 347-ci maddəsini pozduğu məlum olub. Tələbi pozualan maddəyə əsasən, Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə – vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“Azərbaycan Avtomobil evi” ilə bağlı iş baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilib. Bu gün Vüsal Qurbanovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Azərbaycan Avtomobil Evi” MMC “Changan” avtomobillərinin Azərbaycanda rəsmi distributorudur. “SR Group Co.” MMC-nin törəmə şirkəti olan “Azərbaycan Avtomobil Evi” ölkədə “Changan” avtomobillərinin satışı ilə məşğuldur. MMC-nin direktoru Orxan Bayramovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul