Azər Bağırov “Kəpəz”dən getdi

Azər Bağırov “Kəpəz”dən getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Kəpəz”lə müqaviləsi başa çatan baş məşqçi Azər Bağırov komandadan ayrılıb.
Tribuna.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisinin açıqlamasında bildirilib ki, məşqçi ilə razılıq əldə olunmayıb: “Müqavilə müddəti başa çatan baş məşqçimiz Azər Bağırovla yeni anlaşma əldə olunmayıb. Mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulayırıq. Azər Bağırova klubumuzda çalışdığı müddətdə göstərdiyi əməyə və komandanın inkişafına verdiyi töhfəyə görə təşəkkür edirik”.
Qeyd edək ki, Azər Bağırov ötən ilin oktyabr ayından “Kəpəz”i çalışdırırdı. Onun təyinatından sonra komanda toparlanaraq uğurlu çıxış edib və Premyer Liqada qalmağı bacarıb.