Azər Abbasova yüksək vəzifə verildi

Azər Abbasova yüksək vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli Dövlət Dram Teatrına yeni direktor əvəzi təyin olunub.

Tribuna.az Yeni Sabah-a istinadən xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, teatra rəhbərlik direktor müavini Azər Abbasov həvalə edilib.
Qeyd edək ki, o, 1985-ci il aprelin 23-də Füzuli şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsini bitirib.
2016-ci ildən etibarən Füzuli Dövlət Dram Teatrında fəaliyyət göstərir.
Xatırladaq ki, Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev ötən ilin noyabrında vəfat edib.