“Ayntraxt” “Qarabağ”la oyunu azarkeşsiz keçirəcək

“Ayntraxt” “Qarabağ”la oyunu azarkeşsiz keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Ayntraxt” klubu Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ”a qarşı səfər oyununu öz azarkeşlərinin dəstəyi olmadan keçirəcək.

Tribuna.az xəbər verir ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Frankfurt klubuna yaxın iki avrokubok səfər matçında azarkeşlərinə bilet satmağı qadağan edib. Qərar 6-cı turda “Barselona”ya qarşı keçirilən (1:2) oyunda “Ayntraxt” azarkeşlərinin tribunada pirotexniki vasitələrdən istifadə etməsi və asayişi pozması ilə əlaqədar verilib. Bundan əlavə, klub 38 min avro məbləğində cərimələnib.

“Qarabağ” – “Ayntraxt” oyunu 21 yanvar 2026-cı il tarixində Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

İmran Kərimli