“Pari Sen-Jermen”in rusiyalı qapıçısı Matvey Safonov “Le Parisien” nəşri tərəfindən dekabr ayının ən yaxşı oyunçusu seçilib.
Tribuna.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Safonov dekabr ayındakı idman nailiyyətlərinə görə jurnalistlərdən orta hesabla 7,25 bal alaraq komanda yoldaşlarını geridə qoyub. Siyahıda ikinci yeri 7 xalla Uorren Zaire-Emrie, üçüncü yeri isə 6,31 xalla Villian Paço tutub.
Qeyd edək ki, rusiyalı qolkiperin bu uğurunda Qətərdə keçirilən FIFA Qitələrarası Kubokun finalındakı qəhrəmanlığı həlledici rol oynayıb.









