Ayı qızı meşədə qaçırdı – DƏHŞƏTLİ OLAYIN VİDEOSU

Ayı qızı meşədə qaçırdı – DƏHŞƏTLİ OLAYIN VİDEOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Altay Respublikasında dəhşətli hadisə baş verib.

Tribuna.az xəbər verir ki, hadisə avqustun 19-na keçən gecə Artybaş kəndindəki “İstok” turizm bazasında qeydə alınıb. Turistlər Biya çayının sahilində çadır quraraq gecələyiblər.

Gecə saatlarında ayı turistlərin olduğu çadıra hücum edib.

Yırtıcı çadırı dağıdaraq 29 yaşlı qadını oradan çıxarıb və meşəyə aparıb.

Qadın ayının hücumu nəticəsində həyatını itirib. Məlumata görə, hadisə onun nişanlısının gözü qarşısında baş verib.

Hadisə yerindən yayılan görüntülərdə çadır və ətrafa səpələnmiş əşyalar görünür. Görüntülərin Rusiya mediasında yayımlandığı bildirilir.

Məlumata görə, sözügedən ayı bundan əvvəl də insanlara yaxınlaşıb.

Yırtıcının piroq satılan köşkə hücum etdiyi, satıcıya da xəsarət yetirməyə çalışdığı bildirilir.

Faciədən sonra Artybaşda turistlərin təhlükəsizliyi ilə bağlı məhdudiyyətlər tətbiq edilib, çadırların meşə və sahilə yaxın ərazilərdə qurulmasına qadağa qoyulub.

Gülşən Rəsul