Avropa Parlamentindən İrana görə Azərbaycana HAQSIZLIQ

Avropa Parlamentindən İrana görə Azərbaycana HAQSIZLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinin prezidenti Roberta Metsola martın 11-də Strasburqda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə bildirib ki, İranla bağlı hadisələr kontekstində Ermənistan Avropa İttifaqı (Aİ) ölkələrindən vətəndaşların təxliyəsi üçün mühüm humanitar dəhliz rolunu oynayır.
Tribuna.az-ın verdiyi xəbərə görə, Avropa Parlamentinin prezidenti “Ermənistan Aİ ölkələrindən vətəndaşların təxliyəsi üçün mühüm humanitar dəhliz rolunu oynayır” sözünü deməklə Azərbaycana qarşı haqsızlıq edib. Metsola bu məsələdə Ermənistanın rolunu önə çəkir, halbuki Azərbaycanın bu istiqamətdə fəaliyyəti daha böyükdür. Son olaraq elə bu gün Lənkərana eniş edən Rusiya təyyarəsindəki humanitar yardım sərhədimizdən İrana göndərilib. Qonşu ölkəyə humanitar dəstəyi isə ilk Azərbaycan verib.
Qeyd edək ki, Metsola Malta Milliyyətçi Partiyasının üzvüdür. 18 yanvar 2022-ci ildən bəri Avropa Parlamentinin sədri, indiyə qədər prezident seçilən ən gənc siyasətçi və üstəlik, bu vəzifəni tutan üçüncü qadındır. Metsola bundan əvvəl də Avroparlamentin sədri olanda dəfələrlə Azərbaycana qarşı qətnamələrin qəbulunda fəal rol oynayıb. Avroparlamentin Azərbaycana qərəzli münasibəti illərdir davam edir.

Həsən Ağa