Avant Qrup CƏZALANDIRILDI

Avant Qrup CƏZALANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Yasamal rayonu Abbas Mirzə Şərifzadə 241 ünvanında böyük tikinti işləri həyata keçirən və narazılıq yaradan, yaşıllıqları məhv edən “Avant Group” tikinti şirkəti ilə bağlı cərimə protokolu imzalanıb.

Tribuna.az xəbər verir ki, “Avant Group” İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 233.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə – vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

“Avant Group”la bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. İşə 6 fevral tarixində hakim Aqil Musayevin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, barəsində cərimə protokolu yazılan “Avant Group” uzun müddətdir ki, apardığı tikinti işləri ilə əlaqədar ətrafda yaşayan sakinlərə narahatlıq yaradır. Şirkət həmçinin tikinti ərazisində olan yaşıllıqları da məhv etdiyi üçün narazılığa səbəb olmuşdu.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul