ATƏT Minsk Prosesinin bağlanmasını başa çatdırıb

ATƏT Minsk Prosesinin bağlanmasını başa çatdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanması prosesini başa çatdırıb.

Tribuna.az xəbər verir ki, bu barədə məlumatı ATƏT yayıb.

Qeyd edək ki, bu ilin sentyabrın 1-də ATƏT Nazirlər Şurası Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edib. ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksəksəviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Onu da bildirək ki, bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan ATƏT-in Fəaliyyətdə olan Sədrinə bu məsələ ilə bağlı birgə müraciət ünvanlamışdılar.