“Arash Estetik”də pozuntu aşkarlandı, cərimələndi

“Arash Estetik”də pozuntu aşkarlandı, cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi “Arash Estetik” klinikasında plandankənar yoxlama aparıb.

Tribuna.az xəbər verir ki, teleqraf-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı klinikada tanınmış həkim Sənan Xankişiyevin iştirakı ilə sertifikatsız stomatologiya ixtisası üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.

Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə məhkəyə göndərib.

Məhkəmənin qərarına əsasən, “Arash Estetik” klinikası 6 000 manat məbləğində cərimələnib.

Sənan Məmmədli