AQTİ əvvəlcə at və dəvələri “birkalayacaq”, sonra isə…

AQTİ əvvəlcə at və dəvələri “birkalayacaq”, sonra isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qısa zamanda iki tender keçirib.

Tribuna.az xəbər verir ki, hər iki tenderin nəticələri açıqlanıb.
Məlum olub ki, Agentlik əvvəlcə atlar və dəvələr üçün xüsusi tanınma nömrələrinin (mikroçip) satın alınmasını həyata keçirəcək. Bununla bağlı “PLASTPROF” MMC ilə anlaşma əldə olunub. Dövlət qurumu şirkətə 12 min 390 manat ödəyəcək. Həmin məbləğə isə 5000 ədəd mikroçip alınacaq.
İkinci tender isə media xidmətlərinin satın alınması ilə bağlıdır. AQTİ bu məsələdə “GM MEDIA” MMC-ni özünə tərəfdaş bilib. Tərəflər 49 min 475 manat dəyərində müqavilə imzalayıblar.
Qeyd edək ki, “GM MEDİA” MMC reklam şirkətidir və 2019-cu ildə yaradılıb. Şirkətin rəhbəri barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur. Lakin bəzi məlumatlarda “GM Media”nın məşhur “Global Media Holdinq”in tərkibində bir şirkət olduğu qeyd edilir. Bildirilir ki, Elnur Abdullayevin başçılıq etdiyi və çoxsaylı media quruluşlarını özündə birləşdirən bu holdinq tenderlərdə fəal olmayıb. Son zamanlar prosesə qoşulmağa başlayıblar.

Fərda Uğur