AQTA “VATA”  MMC-ni qalib etdi – Şirkətin borcu da varmış

AQTA “VATA” MMC-ni qalib etdi – Şirkətin borcu da varmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qıda Təhlükəsizliyi Agentliyi (AQTA) xüsusi təhlükəli xəstəliklər üzrə keçiriləcək beynəlxalq seminar və simulyasiya məşqlərinin təşkili üçün elan etdiyi satınalma tenderinə yekun vurub.

Tribuna.az 32gun.az-a istinadən xəbər verir ki, Tenderin nəticələrinə əsasən, 35.478,8 AZN dəyərindəki müqavilənin icrası “VATA” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilib.

Layihə çərçivəsində xarici qonaqların aviabiletlərinin təmini, 4 ulduzlu oteldə yerləşdirilməsi, sinxron tərcümə avadanlıqlarının quraşdırılması və Bakı-Gəncə marşrutu üzrə logistika işləri qarşılanacaq. İyulun əvvəlində reallaşacaq 4 günlük genişproqramlı tədbirdə, həmçinin səyyar keyterinq xidmətləri, dron çəkilişləri və iştirakçılar üçün AQTA loqolu korporativ geyim və hədiyyə dəstləri də təmin olunacaq.

32gun.az-ın əldə etdiyi əsas məlumata görə, “VATA” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu mövcüddur. Şirkətin 19058.09 AZN borcu var.

Bildirək ki, Bakı şəhər, Yasamal Rayonu Tblisi prospekti ev q0, mənzil 5 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı  50 AZN, qanuni təmsilçi Faiq Məmmədov Məhəmməd oğludur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar İlahi oğlu Təhməzlidir.