“Aqrarkredit” pəncərə və qapısını 52 min manata dəyişdirir: 5 ayda ikinci tender

“Aqrarkredit” pəncərə və qapısını 52 min manata dəyişdirir: 5 ayda ikinci tender

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı (BOKT) 5 ayda eyni məzmunlu ikinci tenderini keçirməyə hazırlaşır.

Tribuna.az xəbər verir ki, BOKT inzibati binasında pəncərə bloklarının və qapıların dəyişdirilməsini həyata keçirəcək.
Son tenderin qalibi “MM İNŞAAT GROUP” MMC olub. Belə ki, MMC BOKT-un 148 kv.metr pəncərəsini və bir qapısını dəyişdirmək, habelə bəzi alçipan işlərini həyata keçirmək üçün 52 min 588 manat pul alacaq.
Qeyd edək ki, “Aqrarkredit” ötən ilin oktyabrında da analoji cari təmir işlərini həyata keçirib. Həmin vaxt da tenderin qalibi “MM İNŞAAT GROUP” MMC olub. Həmin tender üçün isə şirkət BOKT-dan 39 min 101 manat ödəniş alıb.
Məsələ ilə bağlı müraciət etdiyimiz inşaat işçiləri bildirib ki, tenderin şərtlərtində qeyd olunan təmir işləri və qapı-pəncərə dəyişdirilməsinə dair məbləğ daha çox şişirdilmiş rəqəmə bənzəyir. Onlar hesab edirlər ki, istənilən təmir şirkəti bu işləri göstərilən məbləğdən ən azı 2-3 dəfə az qiymətə edə bilər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur