Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) elan etdiyi tenderin nəticəsi ləğv edilib.
Tribuna.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Bildirilir ki, Universitet “Keçid Nəzarət və Videomüşahidə sistemlərinin alınması və quraşdırılması” xidmətini almaq istəyib. Bu məqsədlə 202 min 125 manat vəsait də ayırıb.
Lakin Azərbaycan Prezidenti yanında Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tenderin nəticələrini ləğv edən qərar çıxarıb. Orada bildirilir ki, ləğvə səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması olub.
Fərda Uğur









