“Aqrar Tədarük və Təchizat” 10 min manatlıq içməli su alır

“Aqrar Tədarük və Təchizat” 10 min manatlıq içməli su alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aqrar Tədarük və Təchizat” ASC ilin sonuna bir neçə gün qalmış maraqlı tender keçirib. Tribuna.az xəbər verir ki, qurum işçilərinə içməli su alacaq.

Belə ki, keçirilən tenderə əsasən “UNI SUPPLY AND SEVICES” MMC “Aqrar Tədarük və Təchizat” ASC əməkdaşlarına 9 min 955 manatlıq içməli su almağı öhdəsinə götürüb.

Razılaşmaya əsasən şirkət ASC-yə 2400 ədəd 19 litrlik, 300 ədəd 0.5 litlik qazsız, 700 ədəd 330 ml-lik qazsız, 700 ədəd 1 lt-lik qazsız, 300 ədəd 0.75 lt-lik qazsız, 250 ədəd 0.75 lt-lik qazlı və 400 ədəd 0.5 lt-lik qazlı su satacaq.

Qeyd edək ki, “UNI SUPPLY AND SEVICES” 2025-ci il ərazində iki tenderə qatılıb. Onlardan biri də Neft Fondunun keçirdiyi müsabiqə olub. Tribuna.az bildirir ki, şirkət ARDNF-ə fonddaxili tədbirlərin təşkili üçün zəruri olan qida məhsullarının və gündəlik içməli suyun satın alınmasını reallaşdırıb. Bunun müqabilində isə 92 min 500 manat ödəniş alıb.

Fərda Uğur